Şeron Stoun övladlığa götürdüyü oğlu ilə Berlində - FOTO

13:40 08-11-2019 521

61 yaşlı Hollivud aktrisası Şeron Stoun övladlığa götürdüyü böyük oğlu, 19 yaşlı Roen Bronsteinlə Berlində keçirilən “GQ Men of the Year Awards” mükafatlandırma mərasiminə qatılıb.

HerGun.Az xəbər verir ki, gecədə Stoun və oğlu üçün jurnalistlər izdiham yaradıblar. 

O, 1980-ci illərin üslubunda, həcmli çiyinləri olan qara, parlaq plaşla göz qamaşdırıb. Şeron dəbdəbəli geyim kombinini laklı ayaqqabılar və kiçik çanta ilə tamamlayıb.

Roan bir həftədə artıq ikinci dəfədir ki, anasını tədbirdə müşayiət edir. Çərşənbə axşamı isə onlar birlikdə Madriddə baş tutan “Harper's Bazaar Magazine” mükafatlandırma gecəsində iştirak ediblər.

Qeyd edək ki, Şeron Stoun Roanı 2000-ci ildə “San-Fransisko” dərgisinin vitse-prezidenti və redaktoru Fil Bronşteynlə evlənərkən övladlığa götürüb.

Rəşad Əliyev