Avstraliyada nəsli kəsilmiş hesab olunan balıq tapıldı - FOTO

06:40 09-11-2019 9

Avstraliyanın Viktoriya əyalətindəki göldə nadir cənubi bənövşəyi-xallı qumlaqçı balığı tapılıb. 

“Daily Mail”in məlumatına əsasən, əvvəllər bu balıq nəsli kəsilmiş hesab edilirdi.

Mütəxəssislər qumlaqçını suvarma sistemi üçün istifadə olunan göllərin bərpası layihəsi çərçivəsində su anbarında tapıblar. Həqiqətən də cənubi bənövşəyi-xallı qumlaqçı olduğunu təsdiqləmək üçün balıqdan DNT nümunələri götürüb.  Analiz faktı təsdiq etdiyi təqdirdə, onların populyasiyasını qorumaq və bərpa etmək üçün Dövlət Proqramı hazırlanacaq.

Balıqların bu növü 1998-ci ildə nəsli kəsilmiş elan edilmişdi.