İsmayıllıda üçotaqlı ev yandı

19:20 09-11-2019 5

İsmayıllı rayonununda yanğın olub. 

FHN-dən HerGun.Az-a verilən məlumata görə, rayonun Kürd Eldarbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli ev alışıb. 

Üçotaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.