Boliviyada dövlət radiostansiyası və televiziya kanalı ələ keçirildi

06:00 10-11-2019 7

Boliviyada etirazlar zamanı müxalifət tərəfdarları “Patria Nueva” (RPN) dövlət radiostansiyası və “Bolivia TV” (BTV) dövlət telekanalını ələ keçiriblər. 

Bu barədə RİA “Novosti” xəbər verir.

“Patria Nueva”nın direktoru İvan Maldonado etirazçıların öncə radiostansiyanın binasını mühasirəyə aldıqlarını bildirib.

O, həmçinin qeyd edib ki, etirazçılar jurnalistləri iki saat ərzində saxlayıb və KİV işini dayandırmayacağı təqdirdə, avadanlıqları sındıracaqları ilə hədələyiblər. Nəticədə, radiostansiyanın əməkdaşları iş yerlərini tərk etməli olublar.

“Pagina Siete” nəşrinin məlumatına əsasən, Boliviyada hazırkı prezident Evo Moralesin oktyabrın 20-də prezident seçkisində qələbəsindən sonra başlayan və indiyə qədər davam edən etiraz aksiyalarında 380-dən çox insan xəsarət alıb. Onun əsas rəqibi Karlos Mesa hesablamanın nəticələrini tanımayıb.