Veypdən yaranan xəstəliklərin səbəbi məlum oldu

07:40 10-11-2019 477

ABŞ xəstəliklərinə nəzarət və profilaktika mərkəzləri veyplərdən yaranan xəstəliklərin mümkün səbəbini açıqlayıb. 

Mütəxəssislərin fikrincə, bu xəstəliklərə E vitamininin asetatı gətirib çıxara bilər.

Alimlər 29 xəstənin üzərində tədqiqat apararaq belə bir nəticəyə gəliblər. Xəstələrin hər birində E vitamininin asetatının izlərini müşahidə olunub, digər zəhərli elementlər isə aşkar edilməyib.

E vitamininin asetatı çox vaxt dəriyə qulluq vasitəsi kimi istifadə olunur. Lakin o, qızdırılarkən və nəfəs alarkən təhlükəlidir.

Mütəxəssislər hesab edirlər ki, dəqiq səbəbləri müəyyənləşdirmək üçün daha çox elmi məlumat lazımdır.

Qeyd edək ki, ABŞ-da iki mindən çox xəstəlik qeydə alınıb ki, bunlardan 39-u ölümlə nəticələnib. Onların hamısı da elektron siqaretlərdən istifadə edirdilər.