Göyçayda maşın dirəyə çırpıldı, sürücü öldü, iki kənd işıqsız qaldı

11:40 10-11-2019 365

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan A.Xəlilov dünyasını dəyişib.