Məşhurlarımızın efirlərdə “dombalaq aşması”, “ağzıgöyçəkliyi” və “qucaq” şousu - VİDEO

13:00 10-11-2019 694

Şou əhlinin oxuyub-oynaması, həmkarları ilə dava-dalaşı, efirlərdə çıxardıqları oyunları və göstərdikləri qeyri-adi şouları sosial mediada tez-tez müzakirə predmeti olur.

Məşhurlardan kimisi efirdə mədəniyyətdən danışıb, sonra “ağzıgöyçəklik” edir, kimisi oxumaqla yanaşı, gimnastik hərəkətlərlə “dombalaq aşır”, kimisi isə ifası zamanı gah yanır, gah yıxılır. Onların bu addımları gündəmin əsas mövzusu olur.

HerGun.Az  efirlərdə gözlənilməz hadisələrlə üzləşən məşhurları təqdim edir: 

Həm hərəkətləri, həm də dilə gətirdiyi kəlmələrlə daim özünü unudulmağa qoymayan müğənni Nadir Qafarzadə “Dalğa” TV-də yayımlanan “Zümrüdlə gün ortası” verilişində yoqa etməsi ilə gündəmə gəlib.

Belə ki, yoqa məşqçisinin yardımı ilə başı üstdə dayanmağa çalışan Nadir “Ay bala, lütləndim, hər şeyimi gördünüz” deyərək qonaqların üzünü güldürsə də, izləyiciləri yaman qəzəbləndirib.

Onlar Nadir Qafarzadənin bu hərəkətini ona yaraşdırmayıblar və efir etiketinə zidd olduğunu yazıblar.

Daha bir qalmaqallı hadisə “Dünya” TV-də yayımlanan “Mənim dünyam” verilişində baş verib. Belə ki, proqramda qonaq olan idmançı oğlan Aygün adlı rəqqasəni qucağına alıb və əzələlərini nümayiş etdirməyə başlayıb. 

Aparıcı rəqqasədən yerinin necə olduğunu soruşub, Aygün isə gülərək, xoşuna gəldiyini bildirib. 

Onların efirdə bu dərəcədə olan səmimiyyəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

“Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramının aparıcısı Tarix Əliyevlə (Tolik) Niyam Salaminin canlı efirdə göstərdikləri şou başlarına bəla olub.

Tolik Niyamın ifası zamanı “Yıxılan ulduzlar” trendinə qoşulmaq istəyib və yerə uzanaraq, ayaqlarını yelləməyə başlayıb. Bu anda isə Salami özünü saxlaya bilməyib, o da yerə uzanıb, Tolik isə onun ayağından tutaraq sürüməyə başlayıb.

Onların bu şousu özlərinə xoş gəlsə də, izləyicilər tərəfindən tənqid olunub.

Əməkdar artist Vasif Məhərrəmli dilinə və emosiyalarına hakim ola bilməyən məşhurlar sırasındadır. Onun efirdə əsəbiləşərək, sərt fikirlər səsləndirməsi izləyicilərin heç xoşuna gəlməyib.  

“Xəzər” TV-də yayımlanan “5-də 5” proqramında mühafizəçi ilə söz savaşına çıxması sosial media əhli arasında xeyli müzakirə edilib.

Vasifin qatıldığı proqrama özü ilə mobil telefonunu keçirmək istəyi onun başına bəla olub. Canlı efirin qaydalarını heçə sayan Məhərrəmli mühafizəçi ilə dilləşib. Kulisdə yaşananlar isə canlı efirə verilib.

Bunu görən proqramın aparıcısı Zaur Kamal rejissora səslənərək, “Bunu sakitləşdirin, səsi başıma düşür” deyərək, Əməkdar artist Vasif Məhərrəmliyə etirazını bildirib.

Həmkarı Vasif Məhərrəmlini dilə gətirdiyi fikirlərlə kölgədə qoyan, qalmaqallı çıxışları ilə tamaşaçıların ağıllarını qarışdıran isə xanəndə, Əməkdar artisti Elnarə Abdullayevadır.

ATV-də yayımlanan “Gündən-günə” proqramında qonaq olan Elnarə cəmiyyətin həssas mövzularından birinə - gəlin, qayınana və qayınata məsələsinə toxunub:

“Əgər görürsən ki, sən qayınananın sözünü “yeyə” bilmirsən, qayınatanın sözünü həzm edə bilmirsən, övladım, götür, yığ şələ-küləni, çıx, get evdən”, - deyə xanəndə bildirib.

Qalmaqallı dialoq sosial şəbəkədə müzakirə predmetinə çevrilib.  

Əməkdar artist Elnarə Abdullayevanın qatıldığı bir çox verilişlərdə səsləndirdiyi fikirlər izləyicilər tərəfindən birmənalı qarşılanmır. Bir müddət öncə “Oğlumu şou əhlindən olan qızla evləndirmərəm” sözləri də qalmaqala səbəb olmuşdu.  

Bu yaxınlarda “Xalq artisti” fəxri adına laiq görülən məşhur müğənni Röya Ayxan da dəlisov hərəkətləri və çılğın açıqlamaları ilə gündəmi məşğul edən məşhurlardandır.

Belə ki, Xalq artistinin açıq-saçıq libaslarını sosial şəbəkədə tənqid edənlərə Röya sərt şəkildə cavab verib:

“Müasir qız deyiləm, qarabağlıyam, bir də “çuşka”yam. Şou-biznesdə üzərində çalışan iki nəfər var, biri oğlandır, digəri isə mən. Kiminsə qızının açıq-saçıq geyinməsinə pis baxıram. Bunun əleyhinəyəm, geyinə bilməz. Kimsə geyinə bilmədiyini ayıb bilirsə, xəbəri olsun ki, dəfilələrdə nümayiş etdirilən açıq geyimlər biz ulduzlar üçündür. Dizaynerlər bunu podiumda, biz səhnədə nümayiş etdiririk.

40 yaşım var, yıxıla-qalxa öyrənmişəm. İş verə-verə yox, yaxşı qız olaraq böyümüşəm. Ona görə də sizin üçün fikir bildirmək erkəndir. Dəbi izləyək, heç kim anasının qarnında öyrənmir. Mən öyrətmirəm, göstərirəm. Belə libasları mən, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli, kraliçamız Brilliant Dadaşova geyinməlidir”.

Onun bu açıqlamaları sosial şəbəkə istifadəçilərinin həm üzünü güldürüb, həm də qəzəbləndirib.

Rəşad Əliyev