Betonqarışdıran maşın 500 abonenti qazsız qoydu - FOTO
18:40 10-11-2019 381
Suraxanı rayonunda qaz təminatında fasilə yaranıb.
“Azəriqaz İB”dən HerGun.Az-a verilən məlumata görə, Hövsan kəndində dənizkənarı ərazidə beton qarışdıran avtomobil qaz xəttini qırıb.
Belə ki, 108 mm diametrində qaz xətti qırıldığı üçün 500 abonentin qaz təchizatında fasilə yaranıb.