Məşhur aktyora heyran olan arvadını öldürüb intihar etdi

21:20 10-11-2019 6

ABŞ-ın Nyu-York şəhərində yaşayan bir hindistanlı ailədə qısqanclıq səbəbindən faciə yaşanıb. 

Belə ki, 33 yaşlı Dineşvar Budhidat Bollivud ulduzu Hritik Roşanın pərəstişkarı olan həyat yoldaşı 27 yaşlı Donni Dojoyu öldürüb. 

Bundan sonra Budhidat özünü asaraq intihar edib. 

O, özünə qəsd etməmişdən əvvəl arvadının bacısına zəng edərək bacını öldürdüm, açar saxsı qabın içindədi deyib və həyatına son qoyub.