Qaradağda pambıqla dolu yük maşını yandı

00:40 11-11-2019 6

Qaradağda pambıqla dolu yük avtomobili yanıb. 

FHN-dən HerGun.Az-a verilən məlumata görə, “Mercedes” markalı yük avtomobilinin banı və banına yığılan 7 ton pambığın 3 tonu yanıb.  

Avtomobilin və pambığın qalan hissəsi yanğından mühafizə olunub.  

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.