Daha bir senator erməniləri məyus etdi – Qətnaməni blokladı

13:00 22-11-2019 411

ABŞ Konqresinin Corciya ştatından olan senatoru Devid Perdyu qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni blok edib.

Bu barədə HerGun.Az xarici KİV-lərə istinadən xəbər verir.

Qeyd edək ki, bir neçə gün öncə senator Lindsi Qrem 1915-ci il hadisələrini formal olaraq “ermənilərin soyqırımı” kimi tanıyan 150 nömrəli qətnaməyə ABŞ Senatında veto qoymuşdu.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndən sonra bu qənaətə gəlib.

Xatırladaq ki, L.Qrem ABŞ Prezidenti Donald Trampın R.T.Ərdoğanla görüşündə iştirak edən senatorlar qrupunun tərkibində olub.

Aqşin Kərimov