Tovuzda ikimərtəbəli ev yanıb kül oldu - FOTO

12:00 30-11-2019 597

Tovuzda ikimərtəbəli ev yanıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonunun Alakol kəndində qeydə alınıb.

Gecə saatlarında kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədov Şəmşəd İsa oğluna məxsus ümumi sahəsi 500 kvadratmetr olan mənzil tamamilə yanaraq külə dönüb.

Hadisə zamanı evdə ikisi azyaşlı olmaqla, dörd nəfər olub.

Ev sahibi azyaşlıları çıxaran zaman yüngül xəsarət alıb.

Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə İdarəsinin üç biriqadası cəlb olunub.Alovun qonşu tikiliyə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.