Şabranda ölümlə nəticələnən yol qəzası baş verib

20:40 30-11-2019 596

Şabranda ölümlə nəticələnən ağır qəza baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Qəza “VAZ 2107” markalı avtomobillə “Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır. .

Emin Xan