İspaniya polisi ölkə tarixində ən ağır çəkidə narkotik maddə müsadirə edib

01:20 01-12-2019 397

İspaniya Milli Polisi ölkə tarixində ən yüksək çəkili (631 kiloqram) narkotik maddə aşkar edərək ələ keçirib. 

Xəbəri hüquq-mühafizə orqanlarına istinadən TASS agentliyi yayıb. 

Metamfetamin maddəsi hüquq mühafizə orqanlarının narkotik dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyat nəticəsində müsadirə olunub. 

Əməliyyat nəticəsində 6 nəfər saxlanılıb.