İrana müalicəyə gedən ata ilə qızı Lənkəranda qəzaya düşdü: Vəziyyətləri ağırdı - FOTO

13:20 01-12-2019 495

Lənkəranda qəza zamanı ata ilə qızı ağır bədən xəsarətləri alıb.  

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Culfa şəhərində qeydiyyatda olan 55 yaşlı Yaqubov İmran Əli oğlu idarə etdiyi 99-MP-353 dövlət qeydiyyat nömrə nişanlı “VAZ 2107” markalı, avtomobillə Lənkəran rayonunun Girdəni kəndindən keçən magistral yoldan çıxaraq bir neçə metr hündürlükdən torpaq sahəyə düşüb.  

Nəticədə sürücü ilə qızı - 26 yaşlı Bakı sakini Yaqubzadə Cəmilə İmran qızı ağır bədən xəsarətləri alıblar. 

İran İslam Respublikasına müalicə almaq üçün gedən ata və qızı qəzaya düşdükləri avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.  

Faktla bağlı araşdırma aparılır.  

Rövşən Mövlan