Qorxulu yuxu görməyin orqanizmə faydası məlum olub

18:20 01-12-2019 19

Kabus görərkən keçirdiyimiz qorxu hissi real həyatda stressin öhdəsindən gəlməyə yardım edir.

Bu nəticəyə Cenevrə Universitetinin alimləri gəliblər. Onların araşdırmalarının nəticələri “Human Brain Mapping” portalında dərc olunub.

Təcrübələrdə 18 nəfər iştirak edib. Alimlər onlar yuxuda ikən beyinlərinin aktivliyini müşahidə ediblər. Müəyyən olunub ki, könüllülər qorxulu yuxular görərkən beyinlərinin stressə cavabdeh olan hissəsi aktivləşir.

Daha sonra həmin adamlar oyaq olarkən beyinlərinin həmin hissəsinin fəaliyyəti aşağı düşməyə başlayır.