FIFA referimiz dünya çempionatının final oyununu idarə edəcək

20:00 01-12-2019 482

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov yeni təyinat alıb.

AFFA-dan verilən məlumata görə, həmyerlimiz Paraqvayda keçirilən dünya çempionatının final oyununu idarə edəcək. O, bu gün keçiriləcək İtaliya-Portuqaliya görüşünün hakimi olacaq.