ABŞ-da təyyarə qəzası: Ölənlər var

11:00 02-12-2019 376

ABŞ-ın Texas ştatının San-Antonio şəhərinin beynəlxalq hava limanı yaxınlığında yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həyatını itirib.

NBC xəbər verir ki, qəzaya təyyarənin mühərrikindəki nasazlıq səbəb olub.

Pilot təyyarəni hava limanına endirmək istəsə də, cəhdləri uğursuz olub, təyyarə uçuş-eniş zolağından 140 metr məsafədə yerə çırpılıb.

San-Antonio şəhərinin yanğırsöndürmə xidmətinin rəhbəri Çarli Xudun sözlərinə görə, təyyarənin göyərtəsində olan üş şəxs vəfat edib.