Yaponiya ada alıb orada ABŞ-ın hərbi bazasını yerləşdirəcək

04:00 03-12-2019 632

Yaponiya hökuməti ABŞ-ın hərbi təlimləri üçün 146 milyon dollara (248 milyon manat) ada almaq niyyətindədir.  

“The Straits Times” xəbər verir ki, bunu nazirlər kabinetinin baş katibi Yesixide Suqa bəyan edib.

Söhbət Kaqosima prefektirasında yerləşən və şəxsi mülk olan Maqesima adasından gedir. Yaponiyanın Müdafiə nazirliyi artıq adanın sahibi ilə müvafiq müqavilə bağlayıb.

Daha əvvəl Vaşınqton İvodzima adasında yerləşən hərbi bazasının yerinin dəyişdirilməsini tələb edib.