ABŞ Fransa mallarına qarşı 2,4 milyard dollarlıq rüsum tətbiq edə bilər

07:40 03-12-2019 426

Fransanın ABŞ-ın rəqəmsal şirkətlərinə qarşı tətbiq etdiyi siyasətə cavab olaraq Birləşmiş Ştatlar təxminən 2,4 milyard dollar məbləğində fransız mallarına rüsum tətbiq edə bilər.
 
“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsinin məruzəsində deyilir.
 
Fransada milli rəqəmli verginin tətbiqi həyata keçirilir. Fransa prezidenti Emmanuel Makron həmin verginin beynəlxalq miqyasda məsələnin həlli tapılanadək atılan müvəqqəti addım olduğunu dəfələrlə vurğulayıb. Buna baxmayaraq ABŞ prezidenti Donald Tramp Fransanı cavab vergilərin tətbiqi ilə hədələyib. 
 
ABŞ ticarət nümayəndəsinin məruzəsinə əsasən Fransa rəqəmli vergi ilə Amerika şirkətlərinə qarşı ayrıseçkilik edir. Söhbət “Google”, “Apple”, “Facebook” və “Amazon” şirkətlərindən gedir. 
 
Buna cavab olaraq ABŞ bir sıra Fransa mallarına əlavə rüsumlar tətbiq edəcəyini nəzərdən keçirir. Rüsumların ümumi dəyəri 2,4 milyard dollar təşkil edə bilər. 
 
Avstriya, İtaliya və Türkiyəyə də qarşı anoloji araşdırmalar başlanılıb.