Conni Deppin qaynatası onu ölümlə hədələdi – FOTO

08:20 03-12-2019 513

Amerikalı aktrisa Ember Xerdin atası onun keçmiş həyat yoldaşı Conn Deppi ölümlə hədələyib.

HerGun.Az xəbər verir ki, 56 yaşlı Conni Deppin və 33 yaşlı Ember Xerdin boşanma proseduru yeni faktları üzə çıxarıb.  

Qızın atası Devid Xerdin hədə-qorxuları haqda məlumatı Conni və Emberin maşınlarını təmir edən şirkətin sahibi Devid Killaki yayıb.

Onun sözlərinə görə, cütlük ayrılandan sonra Xerd onunla hörmətsiz davranıb, atası isə Deppi öldürəcəyini bildirib.

“Mən onun atasından çoxlu mesaj almışam. O Texasdan olduğunu və hər bir texaslının 45-ci kalibrli silaha malik olduğunu bildirib, bu silahın nə vaxtsa Depplə görüşəcəyini açıqlayıb”, - deyə Killaki qeyd edib.

Xerdin vəkilləri məsələyə münasibət bildirməsə də Deppin vəkilləri yeni məlumatları məhkəmədə istifadə edəcəklərini dilə gətiriblər.

Xatırladaq ki, Ember Xerd Conni Deppi məişət zorakılığında ittiham edib. Bu günlərdə məhkəmə iclasının 6 ay təxirə salındığı xəbəri yayılıb.