Çılpaq qız binanın 14-cü mərtəbəsindən yıxıldı, sağ qaldı

16:20 03-12-2019 399

Rusiyanın Peterburq şəhərində çılpaq qız binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin üzərinə düşüb. O, ağır vəziyyətdə yerli xəstəxanaya çatdırılıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Operativnoe prikrıtye” xəbər verib. 

Qız ağır kəllə-beyin travması, həmçinin, sinə, onurğa, çanaq sümüklərinin  və sağ budun qapalı sınığı travması alıb. Onun komada olduğu vurğulanır. 

Bildirilir ki, qız yeniyetmələrin işi ilə bağlı xidmətdə psixiatrın nəzarətində olub.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Qızın səkkizinci sinif şagirdi olduğu bildirilir. Hadisə baş verən vaxt anası yatıbmış.