Bakıda ət mağazasından oğurluq edildi - FOTO

00:20 04-12-2019 440

Xətai rayonunda oğurluq hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Qaçaq Nəbi, 2 ünvanında yerləşən ət dükanında qeydə alınıb.  

Oğrular ət, kərə yağı və pendir oğurlayıblar.  

Onlar dükanı tərk edən zaman nəzarət kamerasının yaddaş blokunu da özləri ilə aparıblar. 144 kiloqram ətin necə oğurlanması isə yaxınlıqdakı binanın nəzarət kamerasına düşüb.  

Zərərçəkən Sərxan Bayramovun sözlərinə görə, bu, onun dükanından edilən sayca 3-cü oğurluqdur. 

Hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verilib.  

Faktla bağlı istintaq işi açılıb, araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu