Günərzi Mərkəzdə 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədartədbir keçirilmişdir

14:27 04-12-2019 20

Füzuli Günərzi qayğı mərkəzinə cəlb olunmuş uşaqların iştirakı ilə  3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar tədbir təşkil edilib.

Qeyd edək ki,  mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial sifarişi və maliyyə dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı”  İctimai Birliyi tərəfindən yaradılıb. Mərkəzin fəaliyyətində məqsəd çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasıdır. Mərkəzə tək valideynli, hər iki valideynini itirmiş və inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud, habelə aztəminatlı (sosial yardım təyin edilmiş) ailələrdən olan 30 uşaq (3-12 yaş arasında) cəlb edilib və yarımstasionar  şəraitdə təlim-tərbiyəsi, qidalanmaları, müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır, sosial xidmətlərlə təmin edilirlər.

“Əlillik qüsur deyil” adlı kompozisiya xarakterli tədbirdə    uşaqların bacarıqları nümayiş olunmuş  hazırladıqları səhnəciklər, şeir və mahnıları  böyük maraqla qarşılanıb.