İranın Baş Qərargah rəisindən Azərbaycanla bağlı - MESAJ

16:40 04-12-2019 18

İranla Azərbaycanın hərbi hava qüvvələri arasındakı əlaqələrin gücləndirilməsini prioritet istiqamətlərdən sayırıq.

HerGun.Az-ın İran KİV-ə istinadən xəbərinə görə, bunu İranın Silahlı Qüvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə keçirdiyi görüşdə deyib.

Görüşdə tərəflər əlaqələrin inkişafının müxtəlif aspektlərini, xüsusilə təhlükəsizlik və müdafiə sferasını nəzərdən keçiriblər.

Ş.Mustafayev qeyd edib ki, M.Baqerinin Azərbaycana sonuncu səfəri qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində dönüş nöqtəsidir.

Qeyd edək ki, M.Baqeri 2019-cu ilin yanvarında Azərbaycana səfərə gəlmişdi.

Aqşin Kərimov