Türkiyədə ard-arda doqquz zəlzələ baş verdi

03:40 27-12-2019 510

Türkiyədə ard-arda doqquz zəlzələ qeydə alınıb.

“Sözçü” qəzeti xəbər verir ki, yeraltı təkanlar Balıkesir şəhərini üç saat ərzində sarsıdıb.

Zəlzələlər şəhərin müxtəlif rayonlarında baş verib. Ən güclü təkanlar3,5 ball gücündə olub, episentri isə 6,8 km dərinliyində yerləşib.

Dağıntılar və tələfat haqqında məlumat yoxdur.