Bakıda orta yaşlı qadın döyülərək ağır xəsarət aldı

05:20 27-12-2019 390

Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Təxminən, 30 yaşlı qadın naməlum şəxslər tərəfindən döyülərək ağır xəsarət alıb.

Şəxsiyyəti hələlik naməlum olan yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli