Zərif Pompeonu “təkəbbürlü təlxək” adlandırdı

23:40 04-01-2020 383

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Mayk Pompeonu “təkəbbürlü təlxək” adlandırıb. 

Ötən gün Pompeonun “Twitter” hesabından yazdığı “İraqlılar Süleymani öldüyü üçün sevinclərindən küçələrdə rəqs edirlər” fikirlərini şərh edən Zərif belə deyib: 

“İyirmi dörd saat əvvəl özünü diplomat adlandıran “təkəbbürlü təlxək” yazmışdı ki, iraqlılar sevincindən keçələrdə rəqs edirlər. Bu gün minlərlə iraqlı bacı və qardaşlarımız ona cavab verdilər. ABŞ-ın Qərbi Asiyada düşmən kimi mövcudluğu sona çatdı”. 

Qeyd edək ki, ötən gün bir neçə min iraqlı ABŞ tərəfindən öldürülən Qasım Süleymani ilə vidalaşmaq üçün küçələrə axışmışdı.