Qadın millimiz Olimpiadaya vəsiqə üçün Niderlanda yola düşdü

12:40 05-01-2020 538

Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. 

HerGun.Az xəbər verir ki, dekabrın 25-də Bakıda başlayan məşqlər Polşada yekunlaşıb.

Komandamız həmin ölkədə yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşa millisi qalib gəlib. Beləliklə, 11 günlük təlim-məşq toplanışına yekun vurulub. Komandamız bu gün Niderlanda yollanacaq.

Xatırladaq ki, komandamız Polşadan öncə Türkiyədə də hazırlıq keçib. Millimiz qonşu ölkədə “Fənərbaxça” və “Türk Hava Yolları” klubları ilə qüvvəsini sınayıb və hər iki matç heç-heçə ilə bitib.

Qeyd edək ki, Apeldoorn şəhərində baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri yanvarın 7-12-də olacaq.