İmişlidə beş otaqlı ev yandı

10:40 06-01-2020 403

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən HerGun.Az-a verilən məlumata görə, qəsəbədə ümumi sahəsi 80 m² olan birmərtəbəli beş otaqlı evin üç otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.