Marşal Xəlifə Haftarın ordusu Sirti ələ keçirib

20:20 06-01-2020 415

Marşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusu Sirt şəhərini ələ keçirib. 

Bu barədə “RİA Novosti” xəbər yayıb. 

Ordudakı mənbə bildirib ki, artıq şəhərin bir çox hissələri, eyni zamanda, dəniz limanı onların əllərindədir.  

Əməliyyat əvvəlcə limana olub, desant birləşmələri dəniz limanını ələ keçirdikdən sonra ordu şəhərə daxil olub.  

Artıq Əs-Saad hərbi bazası nəzarətə götürülüb, şəhərin mərkəzinə tərəf irəliləyiş var.