Rusiyada taksi sürücüsü QİÇS xəstəsi olan sərnişini zorladı

08:20 08-01-2020 388

Rusiyanın Kazan şəhərində taksi sürücüsü QİÇS xəstəsi olan sərnişini zorlayıb.

“Rosbalt” xəbər verir ki, sürücü qadının maşında yatdığını görərək onu şəhərdən kənara aparıb.

Sərnişin QİÇS xəstəsi olduğunu bildirsə də taksi sürücüsü onu zorlayıb.

Kişi polis tərəfindən saxlanılıb, lakin cinayəti boynuna almayıb və ananliz verməkdən imtina edib.

Buna baxmayaraq həkimlər onun immunçatışmazlığı virusuna yoluxma ehtimalının yüksək olduğunu bildiriblər.