“Real” “Valensiya”nı məğlub edərək İspaniya Super Kubokunun finalına yüksəldi - VİDEO

04:20 09-01-2020 507

“Real Madrid” klubu İspaniya Super Kubokunun yarımfinalında “Valensiya”nı məğlub edib.

HerGun.Az xəbər verir ki, Səudiyyə Ərəbistanda keçirilən oyun 3:1 hesabı ilə başa çatıb.

Madridlilərin heyətində Toni Kros (15), İsko (39) və Luka Modriç (65) fərqləniblər.

“Valensiya”nın yeganə qolunu oyuna əlavə olunmuş vaxtda penaltidən Daniel Parexo vurub.

“Real” yanvarın 12-də finalda “Barselona” - “Atletiko” cütünün qalibi ilə görüşəcək.