Tel-Avivin hava limanında “Boeing”in uçuş zamanı mühərriki yandı – VİDEO

05:20 09-01-2020 418

İsrailin Tel-Aviv şəhərində “Boeing 737” təyyarəsinin aeroportdan uçuş həyata keçirmək istədiyi zaman mühərriki alovlanıb.

“Vesti İsrail” xəbər verir ki, “Rwanda Air” aviaşirkətinə məxsus olan təyyarənin göyərtəsində 100-dən çox sərnişin olub.

Hava gəmisi Ben-Qurion aeroportindan Ruandanın paytaxtı Kiqakiyə uçmalıymış.

Lakin reys təxirə salınıb, sərnişinlər isə termonala qaytarılıblar.

Mühərrikin texniki nasazlıq ucbatından alovlandığı məlum olub.