İspaniyanın futbol klubu intim videoya görə məşqçini qovdu

08:20 09-01-2020 428

İspaniyanın “Malaqa” futbol klubu baş məşqçi Viktor Sançes Del Amonu işdən kənarlaşdırıb.

TASS xəbər verir ki, buna səbəb məşqçinin sosial şəbəkələrdə yayıldığı intim xarakterli videosu olub.

Videoda Sançes cinsiyyət orqanını nümayiş etdirir. Məşqçinin sözlərinə görə, video onun messencerindən oğurlanıb və o bunula bağlı polisə müraciət edib.  

“Mən şəxsi həyata qarşı yönəlmiş cinayətin qurbanı oldum. Xatırladım ki, belə videonun paylaşması da cinayət hesab olunur”, - deyə Sançes gileylənib.

“Malaqa” istintaq qurtarana qədər məşqçini işindən uzaqlaşdırıb.