Elnarə: Şəbnəm Tovuzlu, Damla, Talıb Tale kimi müğənnilər mahnıların baxış saylarını “pulla vururlar” - VİDEO

19:20 09-01-2020 657

Sosial şəbəkələrdə məşhur olan mahnıları bəyənmirəm. Onların hamısı bayağı musiqilərdir.

HerGun.Az xəbər verir ki, bunu Müğənni Elnarə Xəlilova “Show news” proqramına açıqlamasında deyib.

İfaçı sosial şəbəkələrdə senzuranın olmadığını bildirib:

“Musiqi təhsili olan biri olaraq o cür mahnıları necə bəyənə bilərəm? Sosial şəbəkədə senzura və bədii şura deyilən bir şey yoxdur. Kim necə gəldi, mahnıları oxuyub nümayiş etdirir”.

Elnarə Xəlilova iki gün içərisində mahnıları “Youtube”da bir milyon baxış sayını keçən Şəbnəm Tovuzlu, Damla, Vəfa Şərifova, Zemfira İbrahimova, Türkan Vəlizadə və Talıb Tale kimi müğənnilərin “at oynatmasını” tənqid edib:

“Youtube”da saxtakarlığa əl atanlar az deyil. Sosial şəbəkələrdə də bu işlərdən fayadalananlar var. Mənim də mahnılarımın 500 min və ya 800 min baxış sayları olan vaxtları olur. Amma bu iki və ya üç günə başa gələn bir məsələ deyil. İndi isə o prosesi bilmədiyim hansısa yollarla edirlər. Trendə düşən mahnıları, ancaq “pulla vurmaq” olar.

Nə “Instagram”, nə “Facebook”, nə də “Youtube” səhifəmdə saxtalıq yoxdur. Hər şey özüm kimi həqiqidir. Tamaşaçılarımı saxta baxışlarla aldada bilmərəm. O zaman özüm-özümü aldatmış olacağam. Nə mənası olacaq? Məni sevən tamaşaçılarımın sayı az olsa da, hamısı həqiqidir. Həmişə onların olması yetər.

Zər qədrini zərgər bilər. Mən fikirdə, əqidədə, ağılda və zövqdə çox insan ola bilməz. Ona görə də “Youtube” səhifəmdə milyon baxış sayının olacağını gözləmirəm.

Ümumiyyətlə, mahnılara qulaq asmaq zövq məsələsidir. O mahnıları bəyənənləri qınaya bilmərəm. Buna mənim haqqım çatmır. O şəxslərin zövqü odur”.

 
Sevinc Yasinqızı