Əyləcdən istifadə etməyən sürücü avtomobilin arxasınca qaçdı - VİDEO

23:20 09-01-2020 550

Türkiyənin Yozqat şəhərində yanacaqdoldurma məntəqəsinin avtomobil yuma hissəsində sürücünün əl əyləcini çəkməyi unutduğu maşın hərəkətə başlayıb.

DHA-nın məlumatına görə, sürücünün arxasınca qaçmasına baxmayaraq, çatmadığı maşın E-88 şossesinə çıxıb.

Xoşbəxtlikdən bu vaxt yoldan başqa avtomobil keçməyib.

Sürücünün qaçaraq izlədiyi maşın nəhayət ki, öz-özünə yol kənarında dayanıb. Yalnız bundan sonra sürücü maşınına oturaraq, ərazidən uzaqlaşıb.  

Baş verənlər yanacaqdoldurma məntəqəsindəki nəzarət kamerası tərəfindən qeydə alınıb. Həmin görüntüləri təqdim edirik.