Dünyanın ən təhlükəsiz hava yolları şirkətinin təyyarəsi sürüşərək pistdən çıxdı - VİDEO

02:20 10-01-2020 461

Bir neçə gün öncə dünyanın ən təhlükəsiz hava yolları şirkəti seçilən “Qantas”ın təyyarəsi sürüşərək pistdən çıxıb.

7news.com.au-nun xəbərinə görə, bu gün səhər saatlarında Avstraliyanın Pilbara şəhərindəki “Newman” aeroportuna eniş edən təyyarə qəzaya uğrayıb.

Güclü yağış səbəbindən 80 sərnişinlə dolu olan təyyarə eniş zolağında dayana bilməyib və sürüşərək pistin bitdiyi nöqtədən sonra daha 50 metr məsafə hərəkət edib.

Təyyarə torpaq sahəsində palçığa bataraq dayanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bu gün üçün həmin hava limanına uçuşlar ləğv edilib. Qəza enişi ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, “AirlineRatings” portalının hazırladığı reytinqə görə, 2020-ci ilin ən təhlükəsiz aviaşirkəti Avstraliyaya məxsus “Qantas” olması ilə bağlı xəbər yayılmışdı.