Trampın taxta heykəlini arvadının vətənində yandırdılar – FOTO

07:40 10-01-2020 337

ABŞ prezidenti Donald Trampın taxtadan dözəldilən heykəlini həayt yoldaşı Melanyanın vətəni – Sloveniyada yandırıblar.

AP xəbər verir ki, 8 metr hündürlüyü olan heykəl ötən il kənd ərazisində ucaldılıb.

Tramp göy kostümda təsvir olunub, heykəlin ağızı isə açılıb bağlanan olub.

Turistlərin marağına baxmayaraq kənd sakinlərinin bir çoxu heykəlin qoyulmasına etiraz bildirib.  

Hazırda yerli polis yanğını törədənləri axtarır.