Süleymanini öldürməyi Trampa kəşfiyyat deyil, məhz o təklif edibmiş

12:40 10-01-2020 337

İranlı general Qasım Süleymanini öldürmə təklifini ABŞ Dövlət katibi Maykl Pompeo verib.

Bu barədə Pentaqondan olan mənbə CNN-ə bildirib.

Bildirilir ki, on ildir Süleymani Pompeonun əsas hədəfi olub. Dövlət katibi ABŞ Prezidenti Donald Trampa iranlı generalı öldürmə təklifini irəli sürmək üçün uyğun vaxt gözləyirmiş.

İddiaya görə, qurumun rəhbəri Tehranı Yaxın Şərqdə bütün problemlərin kökü hesab edir. Mənbə vurğulayıb ki, 2016-cı ildə Kanzasda konqresmen olarkən Pompeo Süleymanini izləmək üçün İrana viza almaq istəyib.

“Ancaq bu, o demək deyil ki, Pompeonun generalla şəxsi ədavəti olub”, - deyə mənbə CNN-ə vurğulayıb.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb.