Pompeodan gözlənilməz açıqlama: “Süleymaninin ABŞ-a hücum etmək planı olmayıb”

14:20 10-01-2020 336

ABŞ Dövlət katibi Mayk Pompeo Qasım Süleymaninin ABŞ-a hücum etmək haqda plan hazırladığından məlumatlı olmadıqlarını açıqlayıb.

Bu haqda M.Pompeo “Fox News”a müsahibəsində deyib. O bildirib ki, xüsusi xidmət orqanları iranlı generalın harada və nə vaxt hücum planı hazırladıqlarından məlumatsız olublar.

Dövlət katibi bu hücumun nə zamansa reallaşa biləcəyindən əmin olduqlarını söyləyib.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik müşaviri Robert O'Brayn iranlı generalın ABŞ qoşunlarına hücüm planlaşdırdığına görə öldürdüklərini elan etmişdi.