Fransız nazir: İran bir-iki ilə nüvə silahına sahib ola bilər

21:00 10-01-2020 388

İran yaxın bir-iki il ərzində nüvə silahına sahib ola bilər.

“Hürriyyet” xəbər verir ki, bu sözləri Fransanın Xarici İşlər naziri Jan-Iv Lö Drian deyib.

“İran 2015-ci ildə əldə olunan Vyana razılaşmasının şərtlərini pozmağa davam etsə, bir-iki ilə qədər nüvə silahına sahib ola bilər”, - fransız nazir bildirib.