İtkin düşən qızın anası: “Övladım ailəlidir, küsüb getmişdi, əri onu qəbul edir” - VİDEO

21:40 10-01-2020 463

ARB TV-nin “Elgizlə izlə” verilişinin bugünkü buraxılışında itkin düşdüyü xəbəri yayılan Xəyalə Həsənovanın anası ilə canlı bağlantı yaradılıb. 

AZXEBER.COM bildirir ki, Xəyalənin ailəli olduğunu deyən anası qızının acıq edib evdən getdiyini deyib: 

“Qızımız tapılıb. 18 yaşı var, ailəlidir. Evdə söz-söhbət olub, acıq edib çıxıb evdən. Uşaq pis işə getməyib ki. Əsas odur tapılıb, əri də onu qəbul edir”.