Trampın impiçmentinə dair sənədlər Senata ötürülür – Tarix açıqlandı

07:40 11-01-2020 369

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Prezident Donald Trampın impiçmenti ilə bağlı materialları Senata gələn həftə yollayacağını bildirib.

Bu barədə Pelosinin Demokratlara ünvanladığı məktubda deyilir.

Spiker qeyd edir ki, Senatın Hüquq komitəsinin rəhbəri Cerri Nadlerdən materialların  Senata verilməsi haqqında qətnaməni müzakirəyə çıxarmağa hazır olmasını xahiş edib.

Bunun gələn cümə günü baş verəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu ilin dekarın 19-da Nümayəndələr Palatası impiçment proseduru çərçivəsində Trampın barəsində ittiham rəyini təsdiq edib.

ABŞ prezidenti rəsmi olaraq impiçment çərçivəsində iki maddə üzrə ittiham edilib: hakimiyyətdən sui-istifadə etmək və Konqresin işinə mane olmaq.

Xatırladaq ki, Trampın Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığı qalmaqala və ABŞ prezidentinin impiçmenti prosedurunun işə salınmasına gətirib çıxardı. 

İddiaya görə, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.

Bildirək ki, Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.