Məşhur realiti-şounun 23 yaşlı aparıcısı ölü tapıldı - FOTO

11:20 11-01-2020 385

ABŞ-da yayımlanan “Are You The One?” realiti-şousunun 23 yaşlı ulduzu Aleksis Eddi anasının yaşadığı evdə ölü tapılıb.

“Fox News” məlumat verir ki, ilkin rəyə əsasən, A.Eddinin ürəyi dayanıb.

Gənc qız daha əvvəl verdiyi açıqlamaların birində narkotik asılılığından əziyyət çəkdiyini, lakin 2019-cu ildə bu vərdişə qalib gəldiyini bildirib.

Qeyd edək ki, ABŞ-da populyar olan “Are You The One?” realiti-şousunda tənha qadınlar və kişilər Havay adalarının birində yerləşən böyük evdə tanış olub birgə həyat qurmağa çalışırlar.