Tramp İrandakı etirazları fars dilində dəstəkləri

04:00 12-01-2020 420

ABŞ Prezidenti Donald Tramp İranda keçirilən etiraz aksiyalarını dəstəkləyib.

Bununla bağlı Amerika lideri hətta özünün “Twitter” səhifəsində fars dilində paylaşım edib.

“Cəsur və iztirablı İran xalqına: Prezidentliyimin ilk günündən sizi dəstəkləyirəm və mənim hökumətim sizi dəstəkləməyə davam edəcək. Etiraz aksiyalarınızı izləyirik. Sizin cəsarətiniz ilhamlandırır”, - deyə Tramp yazıb.

Qeyd edək ki, Tehranda qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram nümayiş etdirmək üçün xalq küçələrə çıxıb. Nəticədə anım mərasimi rejimə qarşı etiraz aksiyasına çevrilib. Buna səbəb isə İran rəsmilərinin Ukrayna Hava Yollarına aid “Boeing 737” təyyarəsinin səhvən vurulmasını etiraf etmələri olub.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və doqquz heyət üzvü həlak olub.