Həftənin ilk gününün hava proqnozu: Qar, yağış, külək, duman

13:20 12-01-2020 428

Azərbaycanda həftənin ilk gününə gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən HerGun.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-8° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacağı proqnozlaşdırılır. 

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 770 mm civə sütununa 

yüksələcək. Nisbi rütubət 85-95 % olacaq. 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. 

Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq.  

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.