Bakı-Sumqayıt şossesində iki avtomobil toqquşub, xəsarət alanlar var

23:20 12-01-2020 350

Abşeron rayonunda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. Hadisə Bakı-Sumqayıt şossesində qeydə alınıb. 

İki minik avtomobilinin toqquşması nəticəsində bir ailənin üzvləri - 55 yaşlı Hacıyeva Fatma Firuz qızı, 50 yaşlı Şirinova Təzəgül Əlif qızı və 7 yaşlı Mustafayev Həsən Elxan oğlu xəsarət alıblar

Hər üç yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Kamil Əmirli