İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

01:20 13-01-2020 101

İlk dəfə yeni formatda keçirilən İspaniya Superkuboku baş tutub. 

Səudiyyə Ərəbistanında keçirilən turnirin finalında iki Madrid təmsilçisi qarşılaşıb.

“Real” və “Atletiko” arasında keçirilən oyunda qol vurulmayıb. Əlavə vaxt da qolsuz bərabərliklə bitib. Qalibi penaltilər seriyası müəyyənləşdirib. Bu seriyadan “Real” qələbə ilə ayrılıb.

Qeyd edək ki, “Real” son dəqiqələri azlıqda oynamalı olub. 115-ci dəqiqədə qırmızı kart alan Federiko Valverdi oyunu tərk edib.