Yasamalda toyda dava baş verdi: 37 yaşlı kişi ağır xəsarət aldı

05:00 13-01-2020 381

Yasamal rayonunda toyda dava zamanı 1 nəfər xəsarət alıb.

HerGun.Az xəbər verir ki, hadisə “Ağ Çiçəyim” restoranında baş verib.

Restoranda keçirilən toy məclisində qonaqlar arasında mübahisə yaranıb. 1982-ci il təvəllüdlü Məmmədov Ruslan İman oğlu qonaqlardan biri ilə dava zamanı döyülərək ağır xəsarət alıb.

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. R.Məmmədova üz və burun sümüklərinin sınığı diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində araşdırma aparılır.

Kamil Əmirli